Kuk Adaları homoseksuallığı dekriminallaşdırıb
Tarixi bir addımla Kuk Adaları homoseksuallığı dekriminallaşdıran son ölkə olub
18/Apr/23
867
Kuk Adaları homoseksuallığı dekriminallaşdırıb
Tarixi bir addımla Kuk Adaları homoseksuallığı dekriminallaşdıran son ölkə olub.
Cənubi Sakit Okean ada ölkəsində LGBTQ+ sakinləri parlamentin “kişilər arasında nalayiq hərəkətləri” qadağan edən qanunun ləğvinə səs verməsindən sonra bayram ediblər.
Yeni təqdim edilən və iyunun 1-də qüvvəyə minəcək Cinayətlərə dair Dəyişiklik Qanunu əvvəlkini qüvvədən salıb və ləğv edib.
Qanun layihəsində həmçinin dekriminallaşdırmanın Kuk adalarında LGBTQİ+ların qəbullanmasının artmasının nəticəsi kimi qeyd edilib.
Ölkədəki LGBTQİ+ icması bu addımı bərabərlik və inklüzivliyə doğru mühüm addım kimi qiymətləndirib.
Powered by Froala Editor