Serbiyada intersekslərə qarşı ayrı-seçkilik əleyhinə hüquqi müdafiə

Serbiya Anti-diskriminasiya Qanununa dəyişiklik edib, qanun artıq interneksləri də qoruyur.

Serbiyada Anti-diskriminasiya Qanununa edilən dəyişikliklə, intersekslərin vəziyyətini əhatə edən cinsiyyət xüsusiyyətləri ayrı-seçkilik üçün əsas olaraq qəbul edilib. Qanuna edilən bu dəyişikliklə Serbiya bölgədə intersekslərə qarşı ayrı-seçkiliyi qanuni olaraq tanıyan ikinci ölkə olub.

XY Spectrum interseks təşkilatının direktoru Kristian Randjelovic bu inkişafdan məmnun olduğunu dilə gətirib: 

“İnterekslərin qanunla tanınması intersekslərin bədən bütünlüyünün və muxtariyyətinin qorunmasını təmin edəcəkdir. Uşaqların cinsiyyət xüsusiyyətlərini ayrı-seçkilik üçün mümkün əsas kimi tanıyan Ayrı-seçkiliyin Qadağan edilməsi haqqında Qanunun 22-ci maddəsinin 2-ci bəndinə edilən düzəlişi xüsusilə alqışlayırıq və bu dəyişikliklərin interseks uşaqların inkişaf vəziyyətini tənzimləmək üçün müvafiq qaydaların yaradılmasına imkan verəcəyinə inanırıq.”

Psixiatr Dr. Katarina Maksimoviç: "Mütəxəssislər tibbi müdaxilənin lazım olduğunu düşünürlərsə, valideynlərə bu müdaxilənin riskləri və mümkün nəticələri barədə məlumat verilməli və əməliyyat vacib deyilsə, interseks uşaqlar üçün ən yaxşı nəticə məqsədilə bu əməliyyatlar təxirə salınmalıdır," - deyə bildirib.



Powered by Froala Editor