BDU tələbəsi feminist olduğu üçün sıxışdırılır
Bakı Dövlət Universitetinin tələbəsi Esmira Həziyeva feminizm məzmunlu paylaşımlar etdiyi üçün qrup yoldaşları tərəfindən psixoloji zorakılığa və bullinqə məruz qalır
17/Dec/21
3018
BDU tələbəsi feminist olduğu üçün sıxışdırılır
Bakı Dövlət Universitetinin tələbəsi Esmira Həziyeva feminizm məzmunlu paylaşımlar etdiyi üçün qrup yoldaşları tərəfindən psixoloji zorakılığa və bullinqə məruz qalır. Bu haqda o, özünün Feysbuk sosial şəbəkə hesabında məlumat verib.
Esmira Həziyeva Rus dili və ədəbiyyat müəllimliyi fakültəsində təhsil alır. O, deyir ki, universitetin tualetinə gedərkən qrup yoldaşları onu ələ salaraq, təcavüz mövzusunda zarafat ediblər. Daha sonra isə həmin şəxslər qrupda Esmiraya məhz feminizm haqqında postlarına görə lağlağı etdiklərini etiraf ediblər.
“Mən dedim sən nə haqqla mənə təcavüz zarafatları edirsən ayaqyolunda, niyə rahat qoymursan. O da əcəb edirəm, nə istəyirəm edirəm, sən niyə "seks" sözü yazırsan instagramda. ( Mən feminizm haqqında postlar ve şeirlər yazıram). Hərkəs qrupda şahid idi. Özdə telefonda əvvəl boynuna almırdı amma qrupda hamının içində feminist postlarıma görə özünə haqq qazandırdığını, əcəb etdiyini dedi.”
Esmiranın sözlərinə görə, bu haqda dekanlığa şikayətini bildirsə də, heç bir tədbir görülməyib. Psixoloji olaraq özünü yaxşı hiss etməyən tələbə hətta bir müddət universitetə getməmək barədə də düşünüb. Lakin dostlarının dəstəyi ilə fikrindən daşınıb.
Hadisə sosial şəbəkələrdə ictimailəşdikdən sonra o, dekanlığa dəvət olunduğunu qeyd edib.
Powered by Froala Editor